Türkiyədə 10 PKK terrorçusu məhv edilib

Türkiyədə 10 PKK terrorçusu məhv edilib PKK silahlıları yeni terror aktı planlaşdırırmış.
Digər ölkələr
28 May , 2017 09:50
Türkiyədə 10 PKK terrorçusu məhv edilib
Foto: "Anadolu"

Bakı. 28 may. REPORT.AZ/ Türkiyənin şərqində PKK terror qruplaşmasının 10 silahlısı məhv edilib.

"Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Van qubernatorunun administrasiyasından xəbər verilib.

Xəbərdə bildirilir ki, terrorçuların mövqeləri pilotsuz uçuş aparatı ilə müəyyən edilib. Bundan sonra Hərbi Hava Qüvvələri Van vilayətinin şərqindəki Koruklu kəndində PKK silahlı qruplaşmasına zərbələr endiriblər. 

Əməliyyat zamanı "F-16" təyyarələrindən istifadə edilib. Məlumata görə, PKK silahlıları yeni terror aktı planlaşdırırmış. 

Son xəbərlər

Orphus sistemi