"Türkiyə Yunanıstana zəlzələnin nəticələrini aradan qaldırmaq üçün yardım təklif edib".
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Xatırladaq ki, martın 3-də Yunanıstanın şimalında 5,9 bal gücündə zəlzələ olub.
Yeraltı təkanların episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında yerləşib.
Elasson şəhərinin meri Nikas Qatas bildirib ki, ilkin məlumata görə, itki yoxdur. O, hazırda dəyən ziyanın araşdırılmağa başlanıldığını vurğulayıb.