Türkiyə Yaxın Şərq ölkələri ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir ​

Türkiyə Yaxın Şərq ölkələri ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir ​ Arınç: Bizim Yaxın Şərq ölkələri ilə münasibətlərimiz keçmişdə olduğundan daha yaxşı olacaq
Digər ölkələr
111
13 Dekabr , 2014 11:09
Türkiyə Yaxın Şərq ölkələri ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir ​

Bakı. 13 dekabr. REPORT.AZ/ "Türkiyə və Yaxın Şərq ölkələri arasında siyasi fikir ayrılıqları keçmişdə qalacaq", -Türkiyə baş nazirinin müavini Bülənt Arınç bildirib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Son illər bizim region ölkələrinin liderləri arasında Suriya, İraq, Misirdə bir çox siyasi məsələlər  üzrə fikir ayrılığı yaranıb. Lakin biz dost və qardaş olaraq qalırıq. Əgər aranızda  hökumətinizin mövqeyi ilə bağlı Türkiyə ilə öz münasibətlərini dayandıran varsa, narahat olmasın. Bizim Yaxın Şərq ölkələri ilə münasibətlərimiz keçmişdə olduğundan daha yaxşı olacaq", - B.Arınç İstanbulda İqtisadi Forumda Yaxın Şərq ölkələrinin iş adamaları qarşısında çıxışı zamanı qeyd edib. 

Türkiyənin Misirlə münasibətləri  ötən ilin iyul ayında keçmiş prezident Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, Suriya ilə isə - 2011-ci ildə Bəşər Əsədin tərəfdaşları və əleyhdarları arasında silahlı münaqişənin başlanmasından sonra korlanıb. 

Son xəbərlər

Orphus sistemi