Türkiyə XİN Yəməndə atəşkəsin uzadılması qərarını alqışlayıb

Türkiyə XİN Yəməndə atəşkəsin uzadılması qərarını alqışlayıb “Yəməndə Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsü ilə ötən Ramazan ayında elan edilən atəşkəs rejiminin daha iki ay müddətinə uzadılmasını alqışlayırıq”.
Digər ölkələr
3 İyun , 2022 01:33
Türkiyə XİN Yəməndə atəşkəsin uzadılması qərarını alqışlayıb

“Yəməndə Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsü ilə ötən Ramazan ayında elan edilən atəşkəs rejiminin daha iki ay müddətinə uzadılmasını alqışlayırıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Həmçinin bəyanatda qeyd olunub ki, Türkiyə tərəfi, atəşkəsin uzadılmasını və Yəməndəki qüvvələr arasında daimi atəşkəsə nail olmağın, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələri və müəyyən edilmiş beynəlxalq qanunlar çərçivəsində dialoq yolu ilə və konstitusiya legitimliyi əsasında həll olunmasını perspektivli addım kimi qiymətləndirir:

“Bu prosesdə Türkiyə, BMT-nin xüsusi nümayəndəsinin Yəməndəki tərəflər arasında dialoqu inkişaf etdirmək və Yəmən xalqı ilə həmrəyliyini ifadə etdirmək səylərini dəstəkləməyə davam edir”.

Son xəbərlər

Orphus sistemi