Türkiyə XİN Kabildəki məsciddə baş verən terror aktını pisləyib

Türkiyə XİN Kabildəki məsciddə baş verən terror aktını pisləyib Türkiyə Xarici İşlər Nazirliyi Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən məsciddə törədilən terror aktı ilə bağlı bəyanat yayıb.
Digər ölkələr
18 Avqust , 2022 01:35
Türkiyə XİN Kabildəki məsciddə baş verən terror aktını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən məsciddə törədilən terror aktı ilə bağlı bəyanat yayıb.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Bəyanatda bildirilib ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində məsciddə törədilən terror aktı nəticəsində çoxlu sayda insanın həyatını itirməsi və onlarla insanın yaralanması Türkiyəni dərindən kədərləndirir:

"Biz bu qeyri-insani terror aktını ən kəskin şəkildə pisləyirik. Həyatını itirənlərə Allahdan rəhmət, dost əfqan xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik".

Son xəbərlər

Orphus sistemi