​Türkiyə xilasediciləri 19 suriyalı qaçıqının həyatını qurtarıb

​Türkiyə xilasediciləri 19 suriyalı qaçıqının həyatını qurtarıb Son 3 gündə dənizlə 20 min mühacir Avropaya gedib
Digər ölkələr
30 Oktyabr , 2015 14:58
​Türkiyə xilasediciləri 19 suriyalı qaçıqının həyatını qurtarıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Suriyalı qaçqınları daşıyan qayığın batması nəticəsində 1-4 yaş arasında olan 4 uşaq həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Türkiyə sahil mühafizə xidmətinin əməkdaşları batan qayıqdakı 19 qaçqını xilas edib.

Onlar Türkiyənin Balıkəsir əyalətinin Edremit rayonundan qaçaq yolla Yunanıstanın Midilli adasına keçmək istəyirmiş.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, son 3 gündə dənizlə 20 min mühacir Avropaya gedib. İlin əvvəlindən oktaybrın 27-dək 724 228 qaçqın Avropaya sığınıb.

Qurumun məlumatına əsasən, 3 min 329 nəfər isə ya itkin düşüb, ya da Aralıq dənizində ya da boğulub. 

Son xəbərlər

Orphus sistemi