Türkiyə XİN vətəndaşlarına ABŞ-a səfərin arzulanmaz olması ilə bağlı xəbərdarlıq edib

Türkiyə XİN vətəndaşlarına ABŞ-a səfərin arzulanmaz olması ilə bağlı xəbərdarlıq edib ABŞ-ın müvəqqəti işlər vəkili gün ərzində iki dəfə Türkiyə XİN-ə çağırılıb
Digər ölkələr
12 Yanvar , 2018 12:28
Türkiyə XİN vətəndaşlarına ABŞ-a səfərin arzulanmaz olması ilə bağlı xəbərdarlıq edib

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyi vətəndaşlarına ABŞ-a səfərin təhlükəsizlik baxımından arzulanmaz olması ilə bağlı xəbərdarlıq edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu, ABŞ Dövlət Departamenti tərəfindən atılan analoji addıma cavab olub.

"ABŞ-da terror və zorakılıq aktlarının, eləcə də vətəndaşlarımızın əsassız həbsi halları və hökumət orqanlarının onlara münasibətdə qanunsuz hərəkətlərinin artımı müşahidə olunur. Bununla əlaqədar vətəndaşlarımıza ABŞ-a səfər planlarını yenidən nəzərdən keçirməyi tövsiyə edirik. Təcili səfərlər zamanı diqqətli olmağa çağırırıq", - Türkiyə XİN-in bəyantında deyilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti daha əvvəl amerikalılara yüksək terror təhlükəsi ilə əlaqədar Türkiyəyə səfərlərdən yayınmağı tövsiyə edib, Türkiyəni Pakistan və Sudan ilə birgə təhlükənin yüksək olduğu ölkələr sırasına daxil edib.

Bundan sonra ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Filip Kosnett gün ərzində iki dəfə Türkiyə XİN-ə çağırılıb və ona Ankaranın ABŞ hökumətinin xəbərdarlığından hiddətləndiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi