Türkiyə XİN Kölndəki aksiyadan sonra Almaniya səfirliyinin müşavirini nazirliyə çağırıb

Türkiyə XİN Kölndəki aksiyadan sonra Almaniya səfirliyinin müşavirini nazirliyə çağırıb Almaniya Federal Konstitusiya Məhkəməsi Türkiyə hökumətinin nümayəndələrinin iştirakı ilə olan yayımların təşkilini qadağan edib
Digər ölkələr
1 Avqust , 2016 13:19
Türkiyə XİN Kölndəki aksiyadan sonra Almaniya səfirliyinin müşavirini nazirliyə çağırıb

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyə Xarici İşlər Türk Nazirliyi Almaniyanın Ankaradakı səfirliyinin müşavirini danışıqlar aparmaq üçün nazirliyə çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, buna səbəb Almaniyanın Köln şəhərində Türkiyə hökumətinin nümayəndələrinin iştirakı ilə keçirilən telekonfransın yayımına qadağa qoyması olub.

Qeyd edək ki, dünən Kölndə bu yaxınlarda baş vermiş dövlət çevrilişi cəhdinə qarşı prezident Rəcəb Tayyib Ərdoğanın siyasi kursuna dəstək nümayişi keçirilib. Bu aksiyaya təxminən 40 min nəfər, əsasən də Türkiyə əsilli almanlar qatılıb.

Əvvəlcədən R.T.Ərdoğan və bəlkə də Türkiyə hökumət nümayəndələrinin telekonfrans rejimində iştirakçılara müraciət edəcəyi nəzərdə tutulmuşdu. Lakin Almaniya Federal Konstitusiya Məhkəməsi nümayişdən bir gün əvvəl fəalların belə yayımlar təşkil etməsini qadağan edib.

Son xəbərlər

Orphus sistemi