Türkiyə XİN: İtaliyada tutulan silahlar qanuni yolla satılıb

Türkiyə XİN: İtaliyada tutulan silahlar qanuni yolla satılıb Trieste limanından tutulan yük maşınında 781 ədən "Winchester" tipli tüfəng aşkarlanıb
Digər ölkələr
29 Noyabr , 2015 11:03
Türkiyə XİN: İtaliyada tutulan silahlar qanuni yolla satılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ İtaliya qvardiyası tərəfindən ölkənin şimalında tapılan silahlar Türkiyədə istehsal olunub və qanuni yolla Belçikaya satılıb.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəsmisi Tanju Bilgiç bildirib.

Onun sözlərinə görə, Türkiyədən qanuni yolla silah idxal edən şirkət İtaliyada tranzit sənədləşməsi aparmayıb və bu səbəblə problemlə üzləşib.

Qeyd edək ki, Trieste limanında tutulan yük maşınında 781 ədən "Winchester" tipli tüfəng aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi