Türkiyə XİN başçısı: "Bəşşar Əsədin siyasi taleyi ilə bağlı razılıq əldə edilib"

Türkiyə XİN başçısı: "Bəşşar Əsədin siyasi taleyi ilə bağlı razılıq əldə edilib" Feridun Sinirlioğlu: "Suriyadakı vəziyyətin tənzimlənməsini nəzərdə tutan "Yol xəritəsi" qəbul olunub"
Digər ölkələr
18 Noyabr , 2015 14:04
Türkiyə XİN başçısı: Bəşşar Əsədin siyasi taleyi ilə bağlı razılıq əldə edilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Suriyadakı böhranla bağlı Vyanada keçirilən görüşdə Bəşşar Əsədin ölkədə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etməyəcəyi haqda razılıq əldə edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bildirib.

Onun sözlərinə görə, Suriyadakı vəziyyətin tənzimlənməsi ilə bağlı "Yol xəritəsi" qəbul edilib. Türkiyə XİN başçısı qeyd edib ki, 2016-cı il yanvarın 1-də beynəlxalq ictimaiyyətin, o cümlədən BMT başçılığı ilə  B.Əsəd tərəfdarları və müxalif qrupların birgə görüşü keçiriləcək: "Bu görüşün keçirilməsində məqsəd iyunun 30-dək bütün tərəflərin maraqlarını təmin edəcək keçid hökuməti yaratmaqdır. Altı aylıq keçid dövrü ərzində Əsədin siyasi taleyi ilə bağlı məsələyə də baxılacaq. Çünki bu məsələdə müxtəlif fikirlər var. Bununla belə çoxluğun qənaətincə, əgər Əsəd qalarsa, o zaman Suriyada böhranın həlli mümkün olmayacaq".

F.Sinirlioğlu bildirib ki, Bəşşar Əsədi müdafiə edən Rusiya və İran da böhranın həlli prosesinə qoşulub.

Qeyd edək ki, noyabrın 14-də Suriyadakı böhranla bağlı ikinci beynəlxalq toplantı keçirilib. Həmin konfransda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya, İranın rəsmi təmsilçiləri, Avropa İttifaqı, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatnın nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi