Türkiyə vətəndaşları Britaniya ərazisində külli miqdarda narkotik vasitə ilə saxlanılıblar

Türkiyə vətəndaşları Britaniya ərazisində külli miqdarda narkotik vasitə ilə saxlanılıblar Saxlanılan yükün dəyəri 767,5 mln. ABŞ dollarıdır
Digər ölkələr
30 Aprel , 2015 20:36
Türkiyə vətəndaşları Britaniya ərazisində külli miqdarda narkotik vasitə ilə saxlanılıblar

Bakı. 30 aprel. REPORT.AZ/ Böyük Britaniyanın ərazi sularında göyərtəsində 3 ton kokain olan gəmi saxlanılıb. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, gəmi Oberdindən 100 mil şərqdə (Şotlandiya) saxlanılıb.

Narkotik vasitənin ümumi dəyəri 500 mln. funt sterlinq (767,5 mln.) ABŞ dollarıdır. Gəminin 9 ekipaj üzvünün hamısı 26-63 yaş həddində olmaqla Türkiyə vətəndaşıdır. Onlara qarşı narkotik vasitələrin saxlanılması ittihamı irəli sürülüb. Saxlanılan şəxslərin məhkəməsi mayın 4-nə təyin edilib. 

Milli Kriminal Agentliyinin nümayəndəsi Con Makqovanın sözlərinə görə, axtarış nəticəsində müəyyən edilən yük həcminə görə indiyədək Böyük Britaniyada saxlanılan ən böyük narkotik partiyasıdır. 

Son xəbərlər

Orphus sistemi