Bakı. 17 aprel. REPORT.AZ/ On səkkiz ölkənin vətəndaşları Rusiyanın Uzaq Şərq bölgəsinə vizasız gedə biləcəklər.
"Report" TASS-a istinadən xəbər verir ki, turistlər və iş adamları üçün bu yeni imkan barədə Rusiyanın Baş nazir Dmitri Medvedev məlumat verib.
Onun sözlərinə görə, bu ölkələrə Əlcəzair, Bəhreyn, Bruney, Hindistan, İran, Qətər, Çin, Şimali Koreya, Küveyt, Meksika, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Tunis, Türkiyə və Yaponiya daxildir.
O bildirib ki, bu ölkələrin vətəndaşları üçün internetdə xüsusi saytda qeydiyyatdan keçmək və öz məlumatlarını yerləşdirmək kifayət olacaq.