Türkiyə və Fransa prezidentləri yarım ildə ilk dəfə danışıqlar aparacaqlar

Türkiyə və Fransa prezidentləri yarım ildə ilk dəfə danışıqlar aparacaqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fransa prezidenti Emmanuel Makronla videokonfrans formatında danışıqlar aparacaq
Digər ölkələr
121
2 Mart , 2021 02:36
Türkiyə və Fransa prezidentləri yarım ildə ilk dəfə danışıqlar aparacaqlar
Emmanuel Makron və Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fransa prezidenti Emmanuel Makronla videokonfrans formatında danışıqlar aparacaq.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi axşam Makron administrasiyasına istinadən “Agence France-Presse” (AFP) bildirib.

Qeyd edilir ki, bu, iki liderin yarım ildə ilk danışıqları olacaq. Videokonfransın başlanma tarixi Fransada yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 21:00) planlaşdırılıb. Danışıqların nə qədər davam edəcəyi məlum deyil.

AFP danışıqların gedişatında hansı məsələlərin müzakirə edəcəyini açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi