Yuxarı

​Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaradıb

Əraziyə Azad Suriya Ordusu qruplaşması nəzarət edəcək

Bakı. 12 Avqust. REPORT.AZ/ ABŞ və Türkiyə Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şimal rayonunda təhlükəsizlik zonasının yaradılması barədə saziş imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlu məlumat verib.

"Əgər Kürd Fəhlə Partiyası və "İraq-Şam İslam Dövləti" bu zonaya daxil olarsa, Türkiyə və ABŞ onlara zərbə endirəcək", - deyə o CNN TÜRK telekanalının efirində bildirib.

100 km uzunluğu və 45 km eni olan əraziyə "Azad Suriya Ordusu" qruplaşması nəzarət edəcək. Ankara və Vaşinqton belə bir zonanın yaradılması barədə niyyətin olduğunu iyul ayında elan edib. Ərazinin yaradılmasında məqsəd silahlıların Suriya tərəfdən Türkiyə sərhədinə yaxınlaşmasının qarşısını almaqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi