Yuxarı

Türkiyə və ABŞ prezidentləri İŞİD-ə qarşı birgə mübarizə ilə bağlı müzakirə aparıblar

Telefon danışığı zamanı əsasən Suriyada aparılan əməliyyatlar müzakirə olunub

Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyip Ərdoğanla Barak Obama arasında telefon danışığı olub. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı İŞİD-ə qarşı ortaq mübarizəni gücləndirmək və əməkdaşlıq imkanları müzakirə edilib.

Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, telefon danışığı zamanı əsasən Suriyada aparılan əməliyyatlar müzakirə olunub. İki lider həmçinin PKK terrorçularının Türkiyə ərazisindəki əməllərini pisləyiblər, noyabrın 15-16-da Antalyada keçiriləcək "G-20" zirvə toplantısını və Kipr problemini və müzakirə ediblər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi