Türkiyə və ABŞ müdafiə nazirləri İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər

Türkiyə və ABŞ müdafiə nazirləri İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər Türkiyənin milli müdafiə naziri Yaşar Gülər amerikalı həmkarı (Pentaqon rəhbəri) Lloyd Austin arasında telefon danışığı olub.
Digər ölkələr
11 İyul , 2023 09:23
Türkiyə və ABŞ müdafiə nazirləri İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Austin arasında telefon danışığı olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, nazirlər ikitərəfli və çoxtərəfli müdafiə məsələlərini müzakirə ediblər.

Y.Gülər və L.Austin Türkiyə, İsveç və NATO rəhbərləri arasında dünən, iyulun 10-da Vilnüsdə baş tutan üçtərəfli görüş haqqında fikir mübadiləsi aparıb, əldə olunan nəticələri müsbət qiymətləndiriblər.

L.Austin ABŞ-ın Türkiyənin hərbi modernizasiyasına dəstəyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi