Türkiyə təyyarəsi bomba xəbərinə görə Əlcəzairdə təcili eniş edib

Türkiyə təyyarəsi bomba xəbərinə görə Əlcəzairdə təcili eniş edib Təyyarə yerə enən kimi sərnişinlər təxliyyə olunub
Digər ölkələr
25 İyul , 2017 22:19
Türkiyə təyyarəsi bomba xəbərinə görə Əlcəzairdə təcili eniş edib

Bakı. 25 iyul. REPORT.AZ/ İstanbuldan Kasablankaya uçan "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə göyərtəsinə bomba qoyulması barədə xəbərə görə Əlcəzair hava limanına təcili eniş edib.

"Report" xəbər verir ki, bu barədə "Algerie Presse Service" məlumat yayıb.

Qeyd olunur ki, təyyarə yerə enən kimi sərnişinlər təxliyyə olunub.

Təyyarəni yoxlayan polis əməkdaşları göyərtədə hər hansı bir partlayıcı maddənin aşkar olunmadığını bildiriblər.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi