Yuxarı
    Bağlamaq

    Türkiyə Suriyanın şimalında geniş hərbi əməliyyatlara hazırlaşır

    Ankara Mənbic və Rəqqa şəhərlərini öz nəzarət zonasına daxil etməyi planlaşdırır© Courtesy İmage

    Bakı. 28 iyun. REPORT.AZ/ Türkiyə Suriyanın şimalında yeni geniş hərbi əməliyyatlara və hətta Mənbic və Rəqqa şəhərlərini öz nəzarət zonasına daxil etməyə hazırlaşır.

    "Report" xəbər verir ki, bunu "İzvestiya" nəşrinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    O, eyni zamanda Türkiyənin strateji tərəfdaşı olan ölkələrin kürdlərin "Demokratik ittifaq partiyası" və "Xalq özünümüdafiə dəstələri" terrorçuları ilə əlbir fəaliyyət göstərmələrindən təəssüfləndiyini bildirib.

    Amerikanın kürdlərə silah tədarük etməsi Türkiyə liderində xüsusi narazılıq doğurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi