Türkiyə Suriyada yeni hərbi əməliyyatın keçirilməsini planlaşdırır

Türkiyə Suriyada yeni hərbi əməliyyatın keçirilməsini planlaşdırır Bu barədə Suriya Azadlıq Ordusunun səhra komandiri Əhməd Usman bildirib
Digər ölkələr
31 Mart , 2017 21:56
Türkiyə Suriyada yeni hərbi əməliyyatın keçirilməsini planlaşdırır
Courtesy İmage

Bakı. 31 mart. REPORT.AZ/ Suriyanın Azadlıq Ordusu və Türkiyənin Hərbi Qüvvələri Suriyanın şimalında yeni hərbi əməliyyatın keçirilməsini planlaşdırırlar.

"Report" "MİG News"a istinadən xəbər verir ki, bu barədə Suriya Azadlıq Ordusunun səhra komandirlərindən olan Əhməd Usman bildirib.

O, qeyd edib ki, Türkiyə ordusu təxminən 1 ay sonra Suriya ərazisində yeni hərbi əməliyyata başlayacaq. Növbəti əməliyyat əvvəlki əməliyyat kimi İŞİD terror qruplaşmasına qarşı həyata keçiriləcək.

Usman həmçinin qeyd edib ki, Türkiyə yeni əməliyyatın başqa adla həyata keçirilməsini öyrənir.  

Son xəbərlər

Orphus sistemi