Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyə Bəsrə körfəzindən sonra Qırmızı dənizə çıxışı olan Ədən körfəzində - Somali ərazisində hərbi baza yaradır.
"Report" "Al-Jazeera"yə istinadən xəbər verir ki, Türkiyə uzun illərdir Somaliyə yardım göstərir və bu yardım hərbi əməkdaşlıq sahəsində davam edəcək.
Xəbərdə bildirilib ki, BMT-nin təsdiqlədiyi plana əsasən, 10 min 500 somalili əsgər Türkiyənin Somalidə quracağı hərbi düşərgədə təlim keçəcək.
Bu hərbi bazanın təhlükəsizliyini qorumaq və təlim keçmək üçün 200 türk əsgərinə səlahiyyət verilib.