Yuxarı
    Bağlamaq

    Türkiyə səfiri etimadnaməsini İsrail prezidentinə təqdim edib

    Kamal Ökəm: İkitərəfli əlaqələrin inkişafı üçün əlimdən gələni edəcəyəm

    Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin İsrailə yeni təyin edilmiş səfiri Kamal Ökəm etimadnaməsini bu ölkənin prezidenti Reuven Rivlinə təqdim edib.

    "Report" xəbər verir ki, səfir etimadnaməsini təqdim etdikdən sonra səmimi qəbula görə, İsrail prezidentinə təşəkkürünü bildirib və ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.

    Onun sözlərinə görə, bu, İsrail-Türkiyə münasibətlərində yeni başlanğıcdır: "Bölgəmiz yeni problemlərlə üzləşir, amma həm də çoxlu imkanlara malikdir. Bu imkanların reallaşması üçün hər şeyi edəcəyəm".

    K.Ökəm dekabrın 11-də İstanbulda törədilən terror hücumu ilə əlaqədar başsağlığı verdiyinə və Türkiyənin fələstinlilər üçün humanitar yardımının çatdırılmasına yardım etdiyinə görə, R.Rivlinə təşəkkür edib.

    Qeyd edək ki, İsrailin Türkiyədəki səfiri Eytan Nae də dekabrın 5-də etimadnaməsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.

    Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də pozulub. O zaman Qəzzaya humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisi İsrail hərbçilərinin hücumuna məruz qalıb, nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi