Türkiyə sahillərində daha bir faciə: ölü sayısı 25 nəfərə çatıb - YENİLƏNİB

Türkiyə sahillərində daha bir faciə: ölü sayısı 25 nəfərə çatıb - YENİLƏNİB Hadisə Didim şəhəri sahillərində baş verib
Digər ölkələr
7 Mart , 2016 02:05
Türkiyə sahillərində daha bir faciə: ölü sayısı 25 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə sahillərində qaçqınları daşıyan qayığın qəzaya uğraması nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərdən üçü uşaqdır.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2015-ci ildə Suriya və digər ölkələrdən Yunanıstana dəniz yolu ilə 847 min qaçqın gəlib, 800 nəfərdən çox insan isə Egey sularında bataraq həyatını itirib. Sərt hava şəraiti bu marşrutu daha təhlükəli edib.

*** 18.47

Bakı. 6 mart. REPORT.AZ/ Türkiyə sahillərində miqrantları daşıyan gəmi batıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Didim şəhəri sahilində baş verən hadisə nəticəsində 18 nəfər ölüb.

Yerli sahil mühafizəsi 15 nəfərin həyatını xilas edə bilib.

Son xəbərlər

Orphus sistemi