Bakı. 7 noyabr. REPORT.AZ/ Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ 5 bal gücündə olub. Yeraltı təkanların episentri Fethiye şəhərindən 71 kilometr cənub-qərbdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.