Türkiyə Rusiyanın təklifindən imtina edib

Türkiyə Rusiyanın təklifindən imtina edib Ankara Rusiya RMS-nin qiymətini yüksək sayır
Digər ölkələr
14 May , 2015 20:44
Türkiyə Rusiyanın təklifindən imtina edib

Bakı. 14 may. REPORT.AZ/ Türkiyə Rusiyanın raket əleyhinə müdafiə sistemi (RMS) təklifindən imtina edib. Buna səbəb kimi sistemin qiymətinin yüksək olması göstərilib. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin müdafiə naziri İsmət Yılmaz "Anadolu" Agentliyinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, hazırda Rusiyanın irəli sürdüyü təklif gündəlikdən çıxarılıb: "Buna səbəb həmin sistemin 9.9 mlrd. dollar dəyərində olmasıdır. İndiki mərhələdə Çinin təklifini daha münasib saymaq olar. Ancaq Çinlə müqavilə bağlamayacağımız təqdirdə, Fransa-İtaliya, son məqamda isə ABŞ şirkətinin təklifini dəyərləndirə bilərik". 

Son xəbərlər

Orphus sistemi