Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib

Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyanın nəzarət etdiyi ərazisində sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planını pisləyib.
Digər ölkələr
14 Yanvar , 2018 20:35
Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyanın nəzarət etdiyi ərazisində "sərhəd təhlükəsizliyi qüvvəsi" yaratmaq planını pisləyib.

"Report" "NTV" telekanalına istinadən xəbər verir ki, o, Suriyanın ABŞ-ın nəzarət altında olan ərazisində Vaşinqtonun "sərhəd təhlükəsizliyi qüvvəsi" adlandırılan planının qəbuledilməz olduğunu bildirib.

"ABŞ terror təşkilatını qanuniləşdirən tədbir görür, Bu, narahatlığa səbəb olur və qəbuledilməzdir", - deyə o bildirib.

Kalın vurğulayıb ki, Türkiyə ölkənin daxilində, eləcə də onun hüdudları xaricində terrorizmlə istənilən mübarizə hüququnu özündə saxlayır.

"Türkiyə öz təhlükəsizliyinin təminatı üçün bütün tədbirləri görəcək", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi