Türkiyə Prezidenti Yunanıstana xəbərdarlıq edib: “Bir gecə qəfil gələ bilərik”

Türkiyə Prezidenti Yunanıstana xəbərdarlıq edib: “Bir gecə qəfil gələ bilərik” “Yunanıstanda bir neçə adam dinc dayanmır”.
Digər ölkələr
16 Noyabr , 2022 09:56
Türkiyə Prezidenti Yunanıstana xəbərdarlıq edib: “Bir gecə qəfil gələ bilərik”

“Yunanıstanda bir neçə adam dinc dayanmır”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə Yunanıstanla dinc qonşuluq münasibətlərində maraqlıdır.

“Amma bəzi yunan rəsmiləri hədlərini aşırlar. Başa düşmək lazımdır ki, adaları silahlandırmaq mənasızdır. Adaya gətirilən təyyarələrin, silahların faydası yoxdur. Çünki burada Türkiyə var. Bu, kürək yox, ürək işidir. Hər zaman dediyimiz kimi, bir gecə qəfil gələ bilərik”, - R.T.Ərdoğan söyləyib.

Xatırladaq ki, R.T.Ərdoğan G20 ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.

Son xəbərlər

Orphus sistemi