Türkiyə Prezidenti və Səudiyyə Ərəbistanı Kralı G20 sammitini müzakirə ediblər

Türkiyə Prezidenti və Səudiyyə Ərəbistanı Kralı G20 sammitini müzakirə ediblər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman ben Adbel Əiz əl-Səudla telefon danışığı aparıb.
Digər ölkələr
21 Noyabr , 2020 05:37
Türkiyə Prezidenti və Səudiyyə Ərəbistanı Kralı G20 sammitini müzakirə ediblər
Salman ben Adbel Əiz əl-Səud və Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman ben Adbel Əiz əl-Səudla telefon danışığı aparıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr üzrə İdarəsinin xəbərində deyilir.

Tərəflər ikitərəfli münasibətlər barəsində fikir mübadiləsi aparıblar.

Həmçinin Səudiyyə Ərəbistanı sədrlik edəcəyi "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin qarşıdakı sammitinə aid olan məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan və kral Salman ikitərəfli münasibətlərin yaxşılaşması və ölkələr arasındakı mövcud problemlərin nizama salınması məqsədi ilə açıq dialoq kanallarını saxlamağı razılaşdırıblar.

Son xəbərlər

Orphus sistemi