Türkiyə prezidenti ilə BMT-nin baş katibi Kipr və Suriya problemlərini müzakirə ediblər

Türkiyə prezidenti ilə BMT-nin baş katibi Kipr və Suriya problemlərini müzakirə ediblər BMT-ın baş katibi Suriya münaqişəsinin nizama salınmasına və qaçqınlara dəstəyinə görə Türkiyənin mövqeyini yüksək qiymətləndirib
Digər ölkələr
7 Yanvar , 2017 19:44
Türkiyə prezidenti ilə BMT-nin baş katibi Kipr və Suriya problemlərini müzakirə ediblər

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin baş katibi Antonio Quttereş arasında telefon danışığı olub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Məlumata görə, tərəflər Kipr və Suriya problemlərini müzakirə ediblər. Türkiyənin dövlət başçısı qeyd edib ki, rəsmi Ankara Kiprin hər iki icmasının maraqlarını nəzərə alaraq ədalətli və uzunmüddətli, genişmiqyaslı nizamasalmanı dəstəkləyir.

Ərdoğan və Quterreş yaxın günlərdə Cenevrədə nəzərdə tutulmuş Kipr üzrə danışıqları "əhəmiyyətli imkan" adlandırıblar. Tərəflər həmçinin Suriyada baş verən hadisələrin inkişafı barədə də müzakirə aparıblar.

BMT-ın baş katibi Suriya münaqişəsinin nizama salınmasına və qaçqınlara dəstəyinə görə Türkiyənin mövqeyini yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi