Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Britaniya Baş naziri Rişi Sunakla danışıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, liderlər İsraillə HƏMAS arasındakı müharibəni müzakirə ediblər.
Onlar, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə danışıblar.