Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının rəhbəri ilə görüşüb

Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının rəhbəri ilə görüşüb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşüb.
Digər ölkələr
29 İyun , 2022 19:23
Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının rəhbəri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Şarl Mişel tviterdə yazıb.

"Biz Madriddə Prezident Ərdoğanla Türkiyənin BMT-nin baş katibi Antonio Quterreşin Ukraynadan taxıl ixracının bərpası səylərinə dəstəyini müzakirə etdik. Rusiyanın suveren dövlətə təcavüzü qəbuledilməzdir", - Şarl Mişel qeyd edib.

Son xəbərlər

Orphus sistemi