Türkiyə “Patriot” raketləri ilə bağlı ABŞ-ın təkliflərini müzakirə etməyə hazırdır

Türkiyə “Patriot” raketləri ilə bağlı ABŞ-ın təkliflərini müzakirə etməyə hazırdır Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyə hökuməti “Patriot” zenit raket sistemlərinin satın alınmasına dair ABŞ-dan gələcək təklifləri müzakirə etməyə hazırdır.
Digər ölkələr
22 Noyabr , 2018 13:18
Türkiyə “Patriot” raketləri ilə bağlı ABŞ-ın təkliflərini müzakirə etməyə hazırdır
Army Recognition
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ "Türkiyə hökuməti “Patriot” zenit raket sistemlərinin satın alınmasına dair ABŞ-dan gələcək təklifləri müzakirə etməyə hazırdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Rusiya – Türkiyə münasibətləri: gələcəyin şəkli yaranırkən” konfransında Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

“Gələn il “S-400”lərin ilk dəstəsi tədarük ediləcək, daha sonra da onların birgə istehsalına başlayacağıq. Amma Türkiyə heç vaxt təkcə bir təklifə bağlanmır, bizi məhz belə qəbul etmək lazımdır. Belə ki, “Patriot” sistemlərinə dair ABŞ-dan sərfəli təklif alsaq, birgə istehsalı barədə razılığa gəlsək, belə təklifi qəbul edəcəyik”, – Türkiyə rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi