Bakı. 15 İyun. REPORT.AZ/ Rəsmi Ankara Suriyanın Tel-Abyad rayonunda davam edən döyüşlərdən qaçan minlərlə insanın Türkiyəyə daxil olmasına icazə verib.
"Report" Anadolu Agentliyinə istinadən xəbər verir ki, son bir gün ərzində təxminən 2800 Suriya sakini "Akçakala" gömrük sərhəd buraxılış məntəqəsindən Türkiyə ərazisinə daxil olub.
Terrorçu "İslam Dövləti" qruplaşması üzvlərinin fürsətdən istifadə edərək Türkiyəyə gəlməməsi üçün sərhəddə ciddi nəzarət sistemi qurulub. Əsgərlər qaçqınları su və şirniyyat ilə qarşılaylblar.