Türkiyə ordusu Suriyanın şimalını atəşə tutub

Türkiyə ordusu Suriyanın şimalını atəşə tutub Terrorçuların nəzarətinə keçən "Müniq" havalimanına artileriya atəşi açılıb
Digər ölkələr
13 Fevral , 2016 21:50
Türkiyə ordusu Suriyanın şimalını atəşə tutub

Bakı. 13fevral. REPORT.AZ/ Türkiyə ordusu terrorçu "PYD"nin (terrorçu PKK-nın Suriyadakı bölməsi) qolu sayılan "YPG"-nin Suriyadaki mövqelərinə zərbə endirib.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Suriya ilə həmsərhəd Kilis rayonunda yerləşən mövqelərdən sərhəddən 13 kilometr uzaqlıqdaki "Müniq" havalimanına qaubitsalardan atəş açılıb.

Qeyd edək ki, "Müniq" havalimanı bir neçə gün əvvəl "YPG" dəstələrinin nəzarətinə keçmişdi.

Türkiyə hərbi mənbələri xəbərə təsdiq edərək bildiriblər ki, zərbələr hazırda da davam etdirilir.

Son xəbərlər

Orphus sistemi