Türkiyə ordusu Suriyada itki verib: 1 şəhid, 3 yaralı

Türkiyə ordusu Suriyada itki verib: 1 şəhid, 3 yaralı Şəhid əsgərin cənazəsi və yaralılar vətənə gətirilib
Digər ölkələr
26 Noyabr , 2016 03:44
Türkiyə ordusu Suriyada itki verib: 1 şəhid, 3 yaralı

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyə Ordusu Suriyada müxalif Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı çərçivəsində növbəti itki verib.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, Suriyada İŞİD terrorçularının hücumu zamanı 1 türk əsgəri şəhid olub, 3-ü yaralanıb.

Şəhid əsgərin cənazəsi və yaralılar Türkiyəyə gətirilib. Yaralılardan 2-i müalicə üçün Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Digər yaralı əsgər isə Qaziantep Universiteti Şahinbəy Araşdırma və Tətbiqi Xəstəxanasına aparılıb.

Son xəbərlər

Orphus sistemi