Türkiyə Ordusu İraqda yeni əməliyyat keçirib, 13 terrorçu öldürülüb

Türkiyə Ordusu İraqda yeni əməliyyat keçirib, 13 terrorçu öldürülüb Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.
Digər ölkələr
26 Yanvar , 2025 14:33
Türkiyə Ordusu İraqda yeni əməliyyat keçirib, 13 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Hakurk, Qara və Metina əməliyyat bölgələrində keçirilən əməliyyatlar nəticəsində PKK terror təşkilatının 13 üzvü öldürülüb.

Nazirlik terrorçulara qarşı əməliyyatın qətiyyətlə davam etdiriləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi