Türkiyə ordusu İraqda 6 terrorçunu məhv edib

Türkiyə ordusu İraqda 6 terrorçunu məhv edib İraqın şimalında terrorçulara aid hədəflərin zərərsizləşdirilməsi davam etdirilir
Digər ölkələr
7 Yanvar , 2018 17:10
Türkiyə ordusu İraqda 6 terrorçunu məhv edib
Courtesy İmage

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalındakı Kani Raş bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində 6 terrorçunu məhv edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, terrorçular sərhəd bölgəsində yerləşən məntəqələrə hücum hazırlamaqda şübhəli bilinir.

Türkiyə Hərbi Hava Qüvvələrinin Baş qərargahından verilən məlumata görə, İraqın şimalında terrorçulara aid hədəflərin zərərsizləşdirilməsi davam etdirilir.

Hərbi təyyarələr əməliyyatdan sonra bazaya qayıdıblar.

Son xəbərlər

Orphus sistemi