Türkiyə ordusu həftə ərzində 56 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu həftə ərzində 56 terrorçunu zərərsizləşdirib Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt, Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın 14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56 terrorçu zərərsizləşdirilib.
Digər ölkələr
21 Sentyabr , 2018 23:48
Türkiyə ordusu həftə ərzində 56 terrorçunu zərərsizləşdirib
Foto: "Anadolu"

Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt, Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın 14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56 terrorçu zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı qolunun rəhbərlərindən biri də var. Bundan əlavə, Türkiyənin təhlükəsizlik qüvvələri əməliyyatların gedişində narkotik ticarətçilərindən və qaçaqmalçılardan 41,94 min ədəd qutu papiros, 669 min çətənə kolu və 725 kiloqram narkotik vasitə müsadirə ediblər.

Türkiyə hərbçilərinin "Zeytun budağı" əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi həlak olub, 241 nəfər yaralanıb.  

Son xəbərlər

Orphus sistemi