Türkiyə ordusu daha bir neçə terrorçunu məhv etdi

Türkiyə ordusu daha bir neçə terrorçunu məhv etdi İraqın şimalındakı Asos ərazisində PKK-nın yeddi terrorçusu hava zərbəsi ilə məhv edilib.
Digər ölkələr
643
8 Avqust , 2020 08:23
Türkiyə ordusu daha bir neçə terrorçunu məhv etdi

PKK-nın İraqdakı daha bir neçə terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib. 

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində bildirilir.

Qeyd edilir ki, İraqn şimalındakı Asos ərazisində yeddi terrorçu hava zərbəsi ilə məhv edilib. Silahlıların yeri Türkiyənin xüsusi xidmət orqanlarının və Silahlı Qüvvələr komandanlığının koordinasiyalı işi nəticəsində müəyyən edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK meydana çıxdığı 1984-cü ildən 2020-ci ilin martına qədər ölkədə qanlı cinayətlər həyata keçiriblər. Terror təşkilatı tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin həlak olub.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahılarına daxil edib.

Son xəbərlər

Orphus sistemi