Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəyə çıxarılacağı tarix açıqlanıb

Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəyə çıxarılacağı tarix açıqlanıb Referendumun cari il aprelin 23-də keçiriləcəyi gözlənilir
Digər ölkələr
3 Yanvar , 2017 12:14
Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəyə çıxarılacağı tarix açıqlanıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılacağı tarix məlum olub.

“Report”un “Habertürk”ə istinadən verdiyi məlumata görə, layihə yanvarın 9-da Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirə olunacaq.

Qeyd edək ki, referendumun bu il aprelin 23-də keçiriləcəyi gözlənilir. Müxalif Milliyyətçi Hərəkat Partiyası (MHP) və AKP-dən olan 351 millət vəkilinin səs verməsi nəticəsində konstitusiyaya dəyişikliklər parlamentdə qəbul ediləcək və layihə referendumda xalqın səsverməsinə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi