Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın şimalındakı Süleymaniyə bölgəsində yeni əməliyyat keçirib.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının “rəhbərlərindən” biri olan Erdinç Bolcal məhv edilib.
Məlumata görə, “Ali Xebat” kod adlı terrorçu təşkilatın Şilan Quyi akademiyasının “səlahiyyətli şəxsi” olub.