Türkiyə ilə sərhəddə Suriya təyyarəsi qəzaya uğrayıb - VİDEO

Türkiyə ilə sərhəddə Suriya təyyarəsi qəzaya uğrayıb - VİDEO Pilot katapult edə bilib
Digər ölkələr
4 Mart , 2017 22:05
Türkiyə ilə sərhəddə Suriya təyyarəsi qəzaya uğrayıb - VİDEO

Bakı. 4 mart. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-23” tipli qırıcı təyyarə qəzaya uğrayıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, insident Suriya və Türkiyə sərhədində yerləşən İdlib əyalətində qeydə alınıb.

Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, pilot katapult edə bilib.

Hazırda pilotun harada olduğu məlum deyil.

Son xəbərlər

Orphus sistemi