Türkiyə ilə Bəhreyn bir neçə sahə üzrə əməkdaşlıq sazişi imzalayıb

Türkiyə ilə Bəhreyn bir neçə sahə üzrə əməkdaşlıq sazişi imzalayıb İki ölkə diplomatik, iqtisadi, enerji və müdafiə sahələrində əməkdaşlıq edəcək
Digər ölkələr
13 Fevral , 2017 03:29
Türkiyə ilə Bəhreyn bir neçə sahə üzrə əməkdaşlıq sazişi imzalayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Körfəz ölkələrinə səfərə çıxan Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan ilk olaraq Bəhreynə rəsmi səfər edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra o, Bəhreyn kralı Həməd Bin İsa Əl Həlifə ilə görüşüb.

Dövlət başçılarının təkbətək görüşündən sonra hökumət üzvlərinin də geniş formatda görüşü keçirilib. İki ölkə arasında diplomatik, iqtisadi, enerji və müdafiə sahələrində əməkdaşlıq üzrə 4 saziş imzalanıb.

Bundan sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin daim Bəhreynə dəstək verəcəyini bildirib. O, qeyd edib ki, rəsmi Ankara ortaq səylə Bəhreynlə əməkdaşlığı gücləndirməkdə davam edəcək.

"Türkiyə həm yaxşı həm də pis günündə Bəhreynin yanında olmağı davam etdirəcək" – deyə Ərdoğan vurğulayıb. Bəhreynin "BNA" xəbər agentliyi də bu ölkənin Türkiyə ilə hərbi təyinatlı məhsullar üzrə əməkdaşlığa dair sazişi imzaladığını xəbər verib.

Qeyd edək ki, Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfər edəcək.

Son xəbərlər

Orphus sistemi