Yuxarı

​Türkiyə İraqın şimalına havadan zərbə endirib

İtkilərin sayı bombardıman davam etdiyindən hələ məlum deyil

Bakı. 14 may. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Duxok əyalətinə havadan zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə İraqın Kürdüstan Vətənpərvərlər İttifaqının (KVİ) mətbuat mərkəzi məlumat yayıb.

"Kürdüstan əyalətinin rayonları yenidən Türkiyənin hərbi təyyarələri tərəfindən bombalanmağa başlanıb. Təyyarələr Duxok əyalətində Nahil rayonunun Srselli kəndini bombalayıb", — deyə mətbuat mərkəzi bildirib.

"İtkilərin sayı bombardımanın davam etməsi səbəbindən hələ ki, məlum deyil", — deyə KVİ-nin məlumatında qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi