Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunu qəbul edib. "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Prezident Sarayında keçirilən görüşdə Ərdoğan baş nazir Davudoğlu tərəfindən təqdim olunan Nazirlər Kabinetinin istefasını qəbul edib.
Türkiyə Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir: "Bu günə qədər göstərdiyi xidmətlərinə görə ona minnətdarlığını bildirən Prezident Ərdoğan baş nazir Davudoğludan yeni hökumət qurulana qədər vəzifəsini davam etdirməsini istəyib".