Türkiyə HHQ-nin Afrini bombalayan təyyarələri bazaya qayıdıb

Türkiyə HHQ-nin Afrini bombalayan təyyarələri bazaya qayıdıb Əməliyyat zamanı terrorçuların 108 mövqeyi məhv edilib
Digər ölkələr
20 Yanvar , 2018 22:15
Türkiyə HHQ-nin Afrini bombalayan təyyarələri bazaya qayıdıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Suriyanın Afrin bölgəsində terrorçu PKK-nın bu ölkədəki qanadı YPG-nin mövgelərinə zərbə endirən Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) 70-dən çox təyyarəsi uğurla yerinə yetirdiyi tapşırıqdan sonra hərbi bazaya qayıdıb.

"Report"un "Qazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahı məlumat yayıb.

Qeyd edək ki, “Zeytun budağı” adlı hərbi əməliyyat Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

Əməliyyatda iştirak edən 72 təyyarə terrorçuların 108 mövqeyini məhv edib. 

Son xəbərlər

Orphus sistemi