Türkiyə Hərbi Hava qüvvələri İraq və Suriyanın şimalında 89 terrorçunu məhv edib

Türkiyə Hərbi Hava qüvvələri İraq və Suriyanın şimalında 89 terrorçunu məhv edib Reyd zamanı kürd terrorçularının 4 səhra komandiri öldürülüb
Digər ölkələr
29 Aprel , 2017 12:57
Türkiyə Hərbi Hava qüvvələri İraq və Suriyanın şimalında 89 terrorçunu məhv edib
Anadolu

Bakı. 29 aprel. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Hərbi Hava qüvvələrinin keçirdiyi hava əməliyyatı zamanı İraq və Suriyanın öldürülən terrorçuların sayı barədə kəşfiyyat məlumatlarını açıqlayıb.

“Report”un “Anadolu”ya istinadən verdiyi xəbərə görə, İraqın şimalındakı Sincar bölgəsində terrorçu PKK-nın Suriyadakı qolları YPG və PYD-nin bazalarına hava zərbələri nəticəsində aprelin 25-də 40 terrorçu məhv edilib.

Həmin gün daha 49 terrorçu, o cümlədən 4 səhra komandiri, Suriyanın şimalındakı Karaçok bölgəsində aviareyd zamanı öldürülüb.

Son xəbərlər

Orphus sistemi