Türkiyə hərbçiləri terrorçu İŞİD qruplaşmasının 28 silahlısını zərərsizləşdirib

Türkiyə hərbçiləri terrorçu İŞİD qruplaşmasının 28 silahlısını zərərsizləşdirib Terrorçuların 58 mövqeyi isə top və raket atəşinə tutularaq, məhv edilib
Digər ölkələr
30 May , 2016 11:00
Türkiyə hərbçiləri terrorçu İŞİD qruplaşmasının 28 silahlısını zərərsizləşdirib

Bakı. 30 may. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalını, Hələb şəhərini top və raketlərdən atəşə tutması nəticəsində terrorçu İŞİD qruplaşmasının azı 28 terrorçusu zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.

Məlumata görə, terrorçuların 58 mövqeyi isə top və raket atəşinə tutularaq, məhv edilib.

Son xəbərlər

Orphus sistemi