Türkiyə hərbçiləri İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Türkiyə hərbçiləri İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib Həmçinin terrorçuların 3 sığınacağı dağıdılıb
Digər ölkələr
22 Avqust , 2017 08:20
Türkiyə hərbçiləri İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında Zap və Diyarbəkirin cənub-şərqində Kulp rayonları ərazisində terrorçuların mövqelərinə zərbələr endirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İraqın şimalında 3 terrorçu zərərsizləşdirilib. Həmçinin terrorçuların 3 sığınacağı dağıdılıb.

Diyarbəkirdə terrorçuların mövqeyinə zərbələr pilotsuz uçuş aparatları ilə endirilib. Nəticədə 1 terrorçu məhv edilib. Onun yanında "Kalaşnikov" avtomatı, 10 dolu daraq və 4 əl qumbarası müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi