Türkiyədə hakim partiyanın rəsmisinə qarşı sui qəsd cəhdi olub

Türkiyədə hakim partiyanın rəsmisinə qarşı sui qəsd cəhdi olub Aidiyyəti orqanları nümayəndələri hadisə yerinə cəlb olunub
Digər ölkələr
28 Sentyabr , 2017 02:12
Türkiyədə hakim partiyanın rəsmisinə qarşı sui qəsd cəhdi olub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Türkiyənin hakim partiyası AKP-nin rəsmisinə qarşı sui qəsd cəhdi olub.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Hakkaridə baş verib. 

Belə ki, AKP-nin yerli başçısının Hakkari rayonu üzrə köməkçisi Salih Kahramanın avtomobilinin altında quraşdırılmış partlayıcı qurğu işə düşüb. Nəticədə avtomobil partlayıb. Hadisə zamanı ətrafdakı evlərə də ziyan dəyib.

Məlumata görə, məmurun qaldığı evin qarşısında park edilən avtomobilin altına qoyulmuş kustar üsulla hazırlanmış partlayıcı qurğu naməlum şəxslər tərəfindən ora yerləşdirilib.

Aidiyyəti orqanların nümayəndələri hadisə yerinə cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi