​Türkiyə gəmisi Liviya sahillərində hücuma məruz qalıb, kapitan köməkçisi ölüb

​Türkiyə gəmisi Liviya sahillərində hücuma məruz qalıb, kapitan köməkçisi ölüb Gəmiyə qurudan və havadan hücum olub
Digər ölkələr
11 May , 2015 13:57
​Türkiyə gəmisi Liviya sahillərində hücuma məruz qalıb, kapitan köməkçisi ölüb

Bakı. 11 may. REPORT.AZ/ Türkiyənin quru yük gəmisi Liviya sahillərində atəşə məruz qalıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. 

Xəbərdə bildirilir ki, Türkiyə şirkətlərindən birinə məxsus, İslandiya bayrağı altında hərəkət edən "Tuna-1" adlı gəmi beynəlxalq sularda üzərkən qurudan top atəşinə məruz qalıb. Bundan sonra ərazidən uzaqlaşmağa çalışan gəmiyə fasilələrlə havadan hücum olub. Nəticədə Türkiyədə vətəndaşı olan kapitan köməkçisi ölüb, bir neçə ekipaj üzvü yaralanıb. Gəmiyə xeyli maddi zərər dəyib. 

Hadisə mayın 10-da axşam saatlarında Türkiyə gəmisinin İspaniyadan aldığı alçipan yükünü Liviyanın Tobruk limanına yaxınlaşarkən 13 mil aralıda baş verib. 

Son xəbərlər

Orphus sistemi